RU

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının ikinci mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 8 oktyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.DİM-dən “İki sahil”ə bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunub. İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib.İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 3 həftə ərzində elan olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
447
4
Источники
Комментарий ()
Закрывать