RU

Kürdəmirdə yük avtomobilində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Qarasaqqallı kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.














Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “ГАЗель” markalı yük avtomobilinin mühərrik və kabina hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.






Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
498
4
ucnoqta.az

5Источники