RU

Azərbaycanda bu iki xanıma YÜKSƏK VƏZİFƏ VERİLDİ

Samux və Xızı rayonlarına yeni prokuror təyin olunub.

Baş prokurorluğun Mətbuat xidmətindən Gundem.az-a bildirib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.





Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.

Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
598
6
gundem.az

7Источники