Əsas Səhifə > Müsahibə / Manşet > Maroş Şevçoviç: “Azərbaycan Avropa İttifaqı üçün strateji enerji tərəfdaşıdır”

Maroş Şevçoviç: “Azərbaycan Avropa İttifaqı üçün strateji enerji tərəfdaşıdır”


18-12-2017, 13:12.
title}
Maroş Şevçoviç: “Azərbaycan Avropa İttifaqı üçün strateji enerji tərəfdaşıdır”


SİVİL.AZ Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin APA-ya müsahibəsini təqdim edir:

- Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatında rolunu necə qiymətləndirirsiniz? Ümumiyyətlə, nə qədər Avropa ölkəsi Cənub Qaz Dəhlizi layihəsindən yararlanacaq?

- Azərbaycan Avropa İttifaqı üçün çox vacib, strateji enerji tərəfdaşıdır. Böyük neft ixracatçısı olması ilə yanaşı, Azərbaycanın rolu Cənub Qaz Dəhlizinin reallaşmasında aparıcı tərəfdaş mövqeyi ilə bağlıdır. 2015-ci ildə Türkiyənin Qars şəhərində Trans-Anadolu Boru Xəttinin və 2016-cı ilin mayında Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik Boru Xəttinin açılış mərasimlərinə qatıldığım vaxtdan bu yana Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə yaxşı irəliləyişin əldə olunduğunu təsdiq edə bilərəm. Azərbaycanlı tərəfdaşlarımızla birlikdə biz ilk qazın 2018-ci ildə Türkiyəyə və 2020-ci ildə Aİ-yə çatmasını gözləyirik. Səylərimizin bir hissəsi kimi perspektivli iqlim siyasəti, təhlükəsizliyin artırılması, həmrəylik və Avropa enerji təminatçılarının və marşrutlarının diversifikasiyası vasitəsilə inamın qurulması ilə birlikdə möhkəm Enerji Birliyinin yaradılmasının mərkəzində rəqabətin yaxşılaşdırılması və Aİ istehsalçıları üçün qiymətlərin aşağı salınması dayanır. Cənub Qaz Dəhlizi bu məqsədlərə nail olmaq strategiyamızda aparıcı rol oynayır.

- Layihənin genişləndirilməsi, yeni iştirakçı ölkələrin daxil olması ilə bağlı işlər aparılırmı?

- Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropa regionu üçün vacib layihədir. Regionda yaxşı işləyən təbii qaz bazarının inkişafını daha yaxşı koordinasiya etmək üçün biz yenicə qurulmuş Mərkəzi və Cənubi Avropa Qaz Rabitəsi üzrə Yüksək Səviyyəli Qrupun bütün maraqlı tərəfləri ilə sıx şəkildə işləyirik. Cənub Qaz Dəhlizinin yekunlaşması və onun Azərbaycan qazı ilə təmin olunması ilə o, bütün Şərqi Balkan üçün vacib alternativ enerji təminatına çevrilə bilər. Buna görə də biz yerli təbii qaz infrastrukturunun və regionda vacib birləşdirici obyektlərin inkişafını asanlaşdırmaq üçün Vyanadakı Enerji İcması Katibliyi ilə sıx şəkildə işləyirik.

- Rəsmi Brüssel İranın bu layihəyə qoşulmasına necə yanaşır?

- Səylərimizin bir hissəsi kimi perspektivli iqlim siyasəti, təhlükəsizliyin artırılması, həmrəylik və Avropa enerji təminatçılarının və marşrutlarının diversifikasiyası vasitəsilə inamın qurulması ilə birlikdə möhkəm Enerji Birliyinin yaradılmasının mərkəzində rəqabətin yaxşılaşdırılması və Aİ istehsalçıları üçün qiymətlərin aşağı salınması dayanır. Bu, müxtəlif sahəyə malik tərəfdaşlar və ölkələrlə Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılan bütün danışıqlarda əsas təlimatlar yolunu oynayır.

- Siz mütəmadi olaraq rəsmi Aşxabadla Türkmənistanın bu layihəyə qoşulmasını müzakirə edirsiniz. Bu, nə dərəcədə realdır?

- Avropa İttifaqı üçün TAP layihəsi Mərkəzi Asiyanın vacib qaz ehtiyatlarını Avropa bazarına birləşdirmək üçün vacib tamamlayıcı elementdir. Bu həm bizim, həm də Türkmənistandakı tərəfdaşlarımızın maraqlarındadır. 2015-ci ildə Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ilə enerji sahəsində əməkdaşlığa dair Aşqabad bəyannaməsini imzaladıq. Biz hamımız bu bəyannaməyə sadiqik və əməkdaşlıq imkanlarını tədqiq etmək üçün daimi təmas içərisindəyik.

- TAP layihəsinin icrasına maneə yaradan qüvvələrin mövcudluğu sizin üçün yeni xəbər deyil. Onların arxasında kim və ya kimlər dayanır və onların arzusuna çatmaq ehtimalı nə qədərdir?

- 2015-ci ildə Türkiyənin Qars şəhərində Trans-Anadolu Boru Xəttinin və 2016-cı ilin mayında Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik Boru Xəttinin açılış mərasimlərinə qatıldığım vaxtdan bu yana Cənubi Qaz Dəhlizi boyunca bütün layihələrdə yaxşı irəliləyişin əldə olunduğunu təsdiq edə bilərəm. Azərbaycanlı tərəfdaşlarımızla birlikdə biz ilk qazın 2018-ci ildə Türkiyəyə və 2020-ci ildə Aİ-yə çatmasını gözləyirik. Biz bütün maraqlı tərəflərlə daimi təmasdayıq və əminik ki, qarşıya qoyulmuş hədəflərə nail olacağıq.
Geri qayıt