Mahir Məmmədov: "Qurban Avropa səviyyəli məşqçidi"

Xəbərin çap versiyası
Tarix: 5-11-2017, 07:30
Mahir Məmmədov: "Qurban Avropa səviyyəli məşqçidi"


SİVİL.AZ AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun apasport.az saytına müsahibəsini təqdim edir:

- Milli komandanın yeni baş məşqçisi Qurban Qurbanov oldu. Bu təyinatla bağlı fikirləriniz necədi?

- Dünənki iclasda əvvəlcə fikir mübadiləsi oldu. Ardınca isə yekdilliklə qərar qəbul edildi. Bizim əsas məqsədimiz AÇ-2020-di. Bu gün "Qarabağ"la Avropaya səs salmışıq. Qurban Qurbanovun baş məşqçisi olduğu bu komandanın cari mövsümdəki çıxışını qat-qat uğurlu adlandırmaq olar. Ümid etdiyimiz gözləntilərin, qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlindi. Növbəti məqsədimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatı ilə bağlı olmalıdı. Biz də yığmamızı həmin turnirə Qurban müəllimin hazırlamasını məqsədəuyğun saydıq.

- Necə düşünürsüz, millidə də uğurlu nəticəyə imza atmaq Qurban Qurbanov üçün çətin olmayacaq?

- Əlbəttə ki, çətin olacaq. İclasda çətinliklərlə bağlı çox danışdıq.

- Özü bu haqda nə dedi?

- Qurban həddindən artıq ideyalı, artıq Avropa səviyyəli məşqçidi. Müasir texnologiya və metodikanı bilir. Biz də ona kömək edəcəyik. İnanıram ki, Qurban müəllim gücünü düzgün böləcək. Yenə deyirəm ki, əsas məqsəd yığmanı AÇ-2020-yə hazırlamaqdı. Toplantıda millinin qitə birinciliyinə çıxmaq şanslarından, həmçinin Millətlər Liqasının strukturundan da bəhs etdik.

- Robert Prosineçkinin yerinə kimin keçəcəyi ilə bağlı aparılan müzakirələrdə başqa məşqçinin də adı çəkilirdimi?

- Açığı, əvvəlki görüşlərimizdə başqa namizədləri də nəzərdən keçirirdik. Ancaq dünənki iclasda yalnız Qurban Qurbanovun namizədliyi müzakirə olundu. Hamı onun təyinatını gözləyirdi. Yekun qərar ictimaiyyətin istəyinə bir cavab oldu.

- İcraiyyə Komitəsinin dünənki iclasında, həmçinin AFFA-nın nəzdində Reabilitasiya Mərkəzinin fəaliyyətə başlaması təsdiq olunub...

- Bəli. Millinin həkiminə qulaq asdıq. O, müasir metodikalar, reabilitasiya mərkəzi və avadanlıqlar haqda bizə danışdı. Bundan əlavə, AÇ-2020 ərəfəsində futbol təsərrüfatının təşkili məsələsini müzakirə etdik.

- Son aylarını yaşadığımız 2017-ci ili ümumilikdə Azərbaycan futbolu üçün necə dəyərləndirirsiz?

- Çox müsbət. Dünən AFFA prezidenti Rövnəq Abdullayev də qeyd etdi ki, hamı bizdən artıq Almaniyaya qalib gəlməyi gözləyir. Futbol ictimaiyyətində belə bir fikir yaranıb ki, Azərbaycan yığmasının hətta almanlara qalib gəlmək bacarığı, əzmi var. Bu bizi sevindirir. Eyni zamanda, "Qarabağ" öz sözünü deyir. Ümumiyyətlə, "Qarabağ" tamamilə başqa mövzudu. Fəxrdən, qürurdan ayağımız yer tutmur. Əsl Avropa səviyyəli oyun nümayiş etdirirlər. Bu gün həm AFFA-nın, həm də klubların işini müsbət qiymətləndirirəm.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz