"Hoşçakal Gözüm" deyib dünyadan köçən Ahmet Kaya - MÜSAHİBƏ

Xəbərin çap versiyası
Tarix: 28-10-2017, 19:00
"Hoşçakal Gözüm" deyib dünyadan köçən Ahmet Kaya -


Bu gün Türkiyənin ölməz sənətkarı Ahmet Kayanın doğum günüdür. 28 oktyabr 1957-ci ildə Malatyada anadan olub anadan olan Ahmet Kaya 2000-ci il 16 noyabrında "Hoşçakal Gözüm" adlı albomunun səs yazmaları zamanı Parisdə infarkt keçirərək dünyasını dəyişib.

SİVİL.AZ
"Qaynarinfo"ya istinadla Cəmal Sürəyyanın Ahmet Kayadan aldığı müsahibəni təqdim edir:

- Yaşıllıq üçün nə deyə bilərsiniz?

- Sadəcə təbiəti deyil, insanları kirlədən amillərlə də mübarizə aparsalar, yaxşı olar. İnsanların ətrafını tutan pisliyin təmizlənməsi lazımdır. Məsələ otların yığılması, tısbağaların xilası deyil.

- Sənə görə feminizim nədir?


- Mənə görəsi, sənə görəsimi var, qardaşım. Bu papaqdır ki, hər baş bunu fərqli izah etsin. Belə deyim, feminizin nə olduğunu bilməyən, lakin özünü feminist hesab edən nə qədər qadın var. Bir çox qadın isə feminizimi "qadın problemlərinə qarşı mübarizədə birləşən qurum" olaraq analyır. Bəziləri də qadınların xilası üçün hər nəzəri parktik mübarizəni feminizim hesab edir.

Feministlər üçün müasir kapitalist dünyanın çəkdiyi çərçivə içində kişilərlə eyni haqqlara qovuşmaq son hədəfdir. Proletar qadınlar isə bu hüquqlar üçün sinfinin ekonomik köləliyinə son qoymaq yolunda apardığı müharibədə yeni bir silahdır. Feministlər üçün əsas düşmən onların haqqlarını əlindən alan kişilərdir. Ağıllı qadınlar, yəni proletar qadınlar isə tamamilə fərqli yanaşırlar məsələyə. Onların gözündə kişilər düşmən və təzyiq edən tərəf deyil, əksinə bu bədbəxt sistemi onlarla paylaşan ortaqdır və daha aydın gələcək üçün savaşan yol yoldaşıdır. Qadın işçi ən az kişi işçi qədər dərd çəkərkən, qadın və kişi birgə bütün işçi sinfini eyni dərəcədə istifadə edən, milyonlarla insanın həyatı bahasına onları istismar edən canavarlara nifrət etməkdir.

- Feminizimə niyə bu qədər qarşısan?


- Feministlərin 70 il əvvəlki çağrışı, Leninin "İşçi kütlələrindən ayrılan, kiçik və gücsüz qrupların birlik tufanı xalis ikiüzlülükdür. Çünki, birliyi pozan, bölücü taktikalarıyla çoxunun istəyinə qarşı gələn onlardır" deyə xarakterizə etdiyi işçi sinifindən uzaqda yaradılan bir çox "aydın" qruplardan biridir.
Qadın və kişi arasında da, kişiylə kişi arasında da istismar var. Bunlar insanların əsl inqilab etdikləri vaxt bitəcək. Əslində təbii olan odur.

- Kişinin qadını istismar etdiyini özəl olaraq önə çıxarmayaq deyirsən? Budurmu demək istədiyin?

- Xeyir. Elə də demək olar, amma mən hər kəsin ictimai qurtuluşunu dəstəkləyən bir insanam. Qadınların kişilərə qarşı və ya şiddətə qarşı öz aralarında birləşməsinə heç bir anlam verə bilmirəm. Türkiyədə bütün çiçəklər qadınlar üçün əkilib. Mahnılar, şeirlər qadınlar üçün yazılıb. Onlar daha nə istəyir?

- Səncə, bir az böyütmədin? Bütün çiçəklər qadınlar üçündür?

- Ya xəstələr, ya da qadınlar üçün.

- Çox zarafatçılsan. Başqa nə deyə bilərəm ki... 18 yaşnda olan Ahmet Kaya ilə bugünki Ahmet Kaya arasında nə fərq var?

- 18 yaş ilə 32 yaş Ahmet Kayası arasındakı fərq, Türkiyədə keçən zamanda yaşanan, qazanılan və itirilən şeylərlə eynidir. Biz nə qazandıqsa, nəyi doğru etdiksə, Ahmet Kaya o qədər düzgün yaşlana bildi. Səhv şeylər etmişiksə, Ahmet Kayanın etdikləri də səhvdir. Amma mən bu zaman kəsiyində doğru şeylər etdiyimizə, bu gün bitsə belə, insanlarla qürur duyacağımız bir keçmişimiz olduğuna inanıram. Amma şairin dediyi kimi, "dayaz yanlarım var" mənim də, işləməyə vaxt tapmadığım və ya vaxtımın çatmadığı və daha başqa şeylər...

- Yanlış hesab etdiyin tərəflərin hansılardır?

- Təbii ki, səhvlərim çoxdur. Lakin doğrularımın daha çox olduğuna inanıram.

- Sevgi haqqında nə düşünürsən?

- Ümumbəşəri hissdir.

- Ümumbəşəri olanı deyil, səndə olanı soruşuram. Cəzalandırırmı, qısqancdırmı?

- Mən öncə özümə aşiqəm. Özümü çox sevirəm. Narsizimin ən örnək nümayəndələrindənəm. Əgər, mən həqiqətən cəza verməyi bacarsam, öncə özümü cəzalandıracam. Bu mövzuda heç kim narahat olmasın.

- Qısqancsan?

- Bəli, ikinci plana düşdüyümü hiss etdiyim vaxt dəli oluram. Qısqanclığın özündə ikinci planda qalmaq var. Bunun başqa izahı yoxdur. Əgər, başqa bir izah verə bilsəniz, sizə halal olsun.

- Alçalmaq hissi ilə əlaqəsi varmı?

- Təbii ki, bütün insanlarda alçalmaq hissi var. "Ən böyük mənəm" deyənlər də bu xəstəliyə tutula bilər.

- Bu qədər şöhrətin var. "Mən bunu edirəm, o da dünyanın harasındadırsa, bunu eşitsin" kimi bir dərdin varmı?

- Təbii ki, köhnə dostlarımın məni dinləməyini və mənimlə qürur duymağını çox istəmişəm. Yəni, Ahmet Kaya heç bir şey olmaya da bilirdi. Məsələn, bu gün bir yerdə, təkər təmiri ilə məşğul olan inqilabçı da ola bilərdi. Həbsdə olan biri də.

- Səmimi cavab verməyəcəksənsə, cavab vermə. Şöhrətə çatanda ilk duyğuların nə idi? Məktəb vaxtı olan sevgilim də eşitsin kimi, bir hissmi?


- Məndə elə deyildi. Birlikdə yaratdığımız hərəkət var idi. Bu zamanla qarşımıza qoyduğumuz məqsəd idi. Mən keçmişdə də səntçiydim. Mənə hər zaman "musiqi yarat" deyirdilər. "3 nəfərlə başlayıb, 100 nəfər olacağıq" deyirdik. Onlarla birlikdə olmadım, amma 100 nəfərlik orkestırı tək başıma yarada bildim. Bu insan fövqəladə bir coşqu yaradır. Konsertlərimdə yüzlərlə insan oturmağa yer tapmır. Keçmişdə mənə öyrədilənlərin doğru şeylər olduğuna inanıram. Keçmişim var idi və gələcəyimin olacağına da inanıram.

- Bir insan eyni anda bir neçə adama aşiq ola birər? Belə hal yaşamısan?

- Bu bir az ağla-qara, doğru ilə yanlış kimidir. Yəni taleh məsələsidir. Yuvarlaq bir şeyi yarıya böldüyünüz zaman onun yarısıdır. Sadəcə, o iki sevgidən biri anasına və ya bacısına duyduğu sevgi ola bilər. Məndə heç olmayıb. İki insanı birdən sevmək olmaz. Anamı da sevirəm, bacımı da. Bu necə sevgidir? Qarşı cinsə qarşı deyirsinizsə, bunun özündə ehtiras var. Amma eyni anda iki nəfəri birdən arzulaya bilməz. Mümkün deyil.

- Yuxulara inanırsan? Heç çin çıxan yuxun olub?

- İnanmıram. Çin çıxan yuxum da olmayıb. Mən hər zaman oyaq olduğum üçün yuxu da görmürəm.

- İlk sevdiyin qız yəqin ki, bu coğrafiyanın bir yerindədir. Onunla heç qarşılaşdınmı? Məktublar yazdınmı?


- Xeyir, qarşılaşmadım. Hər kəsin bir uşaqlıq sevgisi var. Mən 5-ci sinifdə aşiq olmuşam. Velosipedlə arxasınca düşürdüm. O da bilirdi. Sonra heç görmədim.

- Evlilik haqqında nə düşünürsən?

- Evliliyi qarşı cinsdən iki insanın birlikdə həyatı təhlil etmək, müsbətlərə, mənfilərə sinə gərmək, yaratmaq və fəlsəfi anlamda daha da inkişaf etmək, gərginliyi, sıxıntıları dinamik və yaradıcı bir həyata çevirməkdir deyə düşünürəm. Yoxsa, iki insanın dolmalıq bibər kimi bir qazanın içinə yerləşib odun üzərində bişib, dağılıb plov vəziyyətinə gəlməsi kimi yox...

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz