TÜRKSOY 2018-ci ili azərbaycanlı bəstəkar “Qara Qarayev İli” ELAN EDİB

Xəbərin çap versiyası
Tarix: 6-12-2017, 01:30
TÜRKSOY 2018-ci ili azərbaycanlı bəstəkar “Qara Qarayev İli”


Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilib.

SİVİL.AZ
xəbər verir ki, toplantının yekun bəyannaməsində Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təklifi ilə 2018-ci ilin Azərbaycanlı bəstəkar Qara Qarayev, Qazax xalq şairi Mağjan Jumabayev və Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə "Anma İli" elan edilməsi qərara alınıb.

Bəyannamədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) mütəxəssislərinin bir araya gələrək işçi qrupunun yaradılması, həmin işçi qrupunun hazırladığı dəyişikliklərin növbəti daimi şura toplantısında imzalanması qərara alınıb.

TÜRKSOY-un 2018-ci ilin Fəaliyyət Proqramının da qəbul olunduğu iclasda qurumun baş katibi Düsen Kaseinov səs çoxluğu ilə yenidən təşkilatın baş katib seçilib.

Qeyd edək ki, Türküstanda “Türk Dünyasının mədəniyyət paytaxtı" layihəsi çərçivəsində türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş 40-dan çox tədbir keçirilib. (AZƏRTAC)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz