Musiqili Teatrın bu həftə üçün REPERTUARI

Xəbərin çap versiyası
Tarix: 5-12-2017, 13:26
Musiqili Teatrın bu həftə üçün


Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq.

SİVİL.AZ
bildirir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar 8, 9, 10 dekabr tarixlərində saat 12.00 və 19.00-da “Fransızsayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Andersen), “Baladadaşın toy hamamı” (Elçin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) tamaşalarını izləyə bilərlər.

Tamaşaçılar təqdim olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Almaz Ələsgərova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Firuz Məmmədov, Məhərrəm Qurbanov, Marina Litvenenko, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Nadejda Povelitsina, Elçin İmanov, Telnaz Hüseynova, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Gültac Əlili, Əliməmməd Novruzov, Yuliya Heydərova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Rauf Babayev, Mehriban Zalıyeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Ruslan Mürsəlov, Şaban Cəfərov, Aydan Həsənova, Səməd Xasıyev, Eleanora Mehdiyeva və başqalarının ifalarını izləyə biləcəklər.

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 8 dekabr tarixində saat 19.00-da M. Kamolettinin “Fransızsayağı qarnir” iki hissəli komediyası böyüklər üçün, 9 dekabr tarixində saat 12.00-da H.K. Andersennin “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Dekabrın 10-u saat 12.00-da isə C. Məmmədovun tərcüməsində E. Sabitoğlu, Y. Şvartsın “Qırmızıpapaq” musiqili nağıl-tamaşası Azərbaycan dilində balacalara təqdim olunacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunu xoş ovqat və gülüş içində keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz