Bakıda Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 5-12-2017, 13:15
Bakıda Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcək


Dekabrın 8-dən 28-dək Bakıdakı “Natəvan” qalereyasında Azərbaycanın gənc rəssamlarının qrup halında sərgisi keçiriləcək. “Spektr” adlı bu sərgidə Orxan Qarayev, Bəhruz Kəngərli, İmran Mehdiyev və Cavid İlhamın işləri nümayiş etdiriləcək.

SİVİL.AZ
-ın məlumatına görə, tədbirin təşkilatçıları bildiriblər ki, ekspozisiya tamaşaçılar üçün hər gün saat 11-dən 17-dək açıq olacaq.

“Spektr” termini - fizikadan fəlsəfəyə keçmiş anlayışdır. İnsanın dünyaya baxışını, onun ətraf aləmə münasibətini də spektr adlandırmaq olar. Hər kəs rəngləri və konturları özünəməxsus tərzdə görür, görmə vasitəsilə alınan informasiyanı başqalarından fərqli şəkildə qavrayır və gördüklərini özünəməxsus üsullarla əks etdirir. Orxan Qarayev, Bəhruz Kəngərli, İmran Mehdiyev və Cavid İlhamın bu sərgidə nümayiş etdirilən işləri bizim yaşadığımız mühitdə sınan şüanın müxtəlif spektrlərdir. Gənc rəssamların hər biri bizi əhatə edən dünyanı özünəməxsus tərzdə qavrayır. Hər rəssamın öz yaradıcılıq üslubu var. Onların işləri müəlliflərin daxili aləminin spektrini əks etdirir. (AZƏRTAC)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz