Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

Xəbərin çap versiyası
Tarix: 15-11-2017, 10:42
Azərbaycanlı rejissorun filmi


Rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” (“The Salty Sea Dog”) adlı qısametrajlı bədii filmi V Beynəlxalq Boğaziçi Film Festivalında nümayiş olunacaq. Festival noyabrın 17-dən 26-dək İstanbulda keçiriləcək.

SİVİL.AZ
xəbər verir ki, “Dəniz suyu içən it” qısametrajlı bədii filmi noyabrın 20-də festivalın müsabiqədənkənar “Yaxın coğrafiya qısametrajlı filmləri” bölməsində nümayiş olunacaq.

“Nərimanfilm” kinokompaniyasının bazası əsasında ekranlaşdırılan filmin süjet xətti qadın həyatında xəyanət və ağrı üzərində qurulub.

Ssenari müəllifi Lalə Əliyeva (Klıçkova) olan filmdə əsas rollara aktyorlar Azər Aydəmir və Natəvan Hacıyeva çəkilib. Ekran əsərinin quruluşçu operatoru Kirill Gerra, prodüseri Nəriman Məmmədov, icraçı prodüserləri Emin Quliyev, Lala Əliyeva (Klıçkova), istehsalat müdiri isə Rüstəm Şəfiyevdir.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi, Gənclik və İdman Nazirliyi, İstanbul Böyükşəhər Bələdiyyəsi, Anadolu Agentliyi, TRT və Türk Hava Yollarının dəstəyi ilə baş tutacaq V Beynəlxalq Boğaziçi Film Festivalında 39 ölkədən 107 film nümayiş olunacaq. (AZƏRTAC)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz