Dövlət Bayrağı Günü Musiqili Teatrda belə qeyd olundu

Xəbərin çap versiyası
Tarix: 10-11-2017, 15:39
Dövlət Bayrağı Günü Musiqili Teatrda belə qeyd olundu


Azərbaycan Dövlət Musiqili Teatrında 9 Noyabr Dövlət Bayrağı Günü Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası ilə qeyd olunub.

SİVİL.AZ bildirir ki, tədbirə dəvət olunan Bakının 53, 12 və 157 saylı məktəblərinin şagirdləri ilə bu görüş uzun müddət həm yaradıcı kollektivin, həm də məktəblilərin yaddaşından silinməyəcək.

Tamaşanın nümayişindən əvvəl Dövlət Musiqili Teatrının əməkdaşı, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edib. T. Pənahqızının təklifi ilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Bu gün çox əlamətdar bir gündür. Xüsusilə bizim teatrımız üçün ikiqat bayramdır. Bu gün biz sizlərlə birlikdə həm Dövlət Bayrağı Gününü qeyd edirik, həm də yeni tamaşamızın premyerasını keçiririk. Bir sənət ocağı üçün bundan əlamətdar hadisə ola bilməz. Arzu edək ki, üç rəngli bayrağımız dünya durduqca ən uca zirvələrdə dalğalansın. Bayrağımız, dövlətimiz var olduqca Azərbaycanımız var olacaq. Bizim hər birimiz çalışdığımız sahədə gördüyümüz işlərlə ölkəmizi dünyaya daha yaxından tanıtmalıyıq. Bu gün sizə təqdim ediləcək Mirzə Fətəli Axundzadənin “Hacı Qara” tamaşası bir sıra yeniliklərlə zəngindir. Yaradıcı heyəti gənclərdən ibarət bu yeni səhnə əsəri meydan üslubunda hazırlanıb. İnanıram ki, tamaşa xoşunuza gələcək, bayram ovqatınıza xüsusi rəng qatacaq”, - deyə T. Pənahqızı söyləyib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.
Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa ediblər.

Dövlət Bayrağı Günündə Musiqili Teatrın 108-ci mövsümünün növbəti premyerası kimi tarixə düşən Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Dövlət Bayrağı Günü Musiqili Teatrda belə qeyd olundu

Dövlət Bayrağı Günü Musiqili Teatrda belə qeyd olundu


Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz