Musiqili Teatrda premyera – “Hacı Qara”

Xəbərin çap versiyası
Tarix: 8-11-2017, 14:00
Musiqili Teatrda premyera –


Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası olacaq. Teatrın Mətbuat xidmətindən SİVİL.AZ-a bildirilib ki, söhbət dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasından gedir.

Bu məşhur və klassik əsər əsasında hazırlanan tamaşa bayram günü – 9 noyabr Dövlət Bayrağı Günü tamaşaçılara təqdim olunacaq. Saat 12.00-da nümayiş ediləcək tamaşa meydan üslubunda hazırlanıb. Bir sıra yeniliklərlə zəngin olan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.

Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

Azərbaycan Dövlət Musiqili Teatrı dünya azırbaycanlılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, bayram günündə sevimli tamaşaçılarını Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasına baxmağa dəvət edir.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz