"Düşündüyünüz qədər həzz verici deyildi" - Salma Hayek

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 00:50
"Düşündüyünüz qədər həzz verici deyildi" -


Məşhur aktrisa Salma Hayek prodüser Harvi Vaynşteynla bağlı açıqlama yayıb.

SİVİL.AZ
milli.az-a istinadla xəbər verir ki, o, məşhur prodüsserin ona təcavüz və onu təhqir etdiyini iddia edib.

New York Times-da yazılanlara görə, Vaynşteyn onu öldürməklə hədələyib: "Səni öldürəcəm, düşünmə ki, bacarmaram".

Aktrisa meksikalı rəssamın həyatından bəhs edən "Frida" filminin çəkilişləri zamanı yaşadığı çətinliklərdən danışıb. O, dəfələrlə prodüserin əxlaqsız təkliflərinə yox dediyini qeyd edib.

"Onunla birlikdə duş qəbul etməyə, məni duş qəbul edərkən izləməyə, məni masaj etməsinə, dostlarının məni masaj etməsinə, oral seks təklifinə, başqa qadınla birlikdə soyunma təklifinə yox dedim".

Aktrisa bildirib ki, prodüser ona başqa bir qadınla çılpaq səhnələrə çəkilməyəcəyi təqdirdə çəkilişləri dayandıracağını söyləyib.

"Xeyli sakitləşdirici dərman qəbul etdim, göz yaşlarım dayansa da, dərmanlara görə qusdum. Filmdə belə səhnələrə gərək yox idi. Sizin düşündüyünüz qədər həzz verici deyildi, lakin filmin bitməsi üçün bu səhnəyə çəkilməyim vacib idi".

Vaynşteynin köməkçisi onunla bağlı səslənən iddiaları təkzib edib. O bildirib ki, deyilənlər uydurmadır.

Qeyd edək ki, bu Vaynşteynlə bağlı səslənən ilk iddia deyil.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz