Maral Tahirqızının intim görüntüləri yayıldı

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 23:21
Maral Tahirqızının intim görüntüləri yayıldı


Məlum olduğu kimi, bu günlərdə tanınmış repçi Anar Nağılbazdan sonra, həbsxanadan yeni çıxan müğənni Maral Tahirqızının da intim videosu yayıldı. Müğənni mətbuata açıqlamasında videonun ona aid olmadığını desə də, sosial şəbəklərdə bununla bağlı müzakirələr səngimir.

SİVİL.AZ
bildirir ki, bu haqda musavat.com-a danışan müğənni Maral Tahirqızı şəxsin icazəsi olmadan görüntülərinin yayılmasını qanunsuzluq adlandırıb: “Özünə, şərəfinə hörmət edən adam onu yaymaz. O video mənə heç nə edə bilməz. Adi küçədən keçən adamın belə, şəklini, videosunu çəkmək olmaz. Bu, insan hüquqlarına ziddir. Bir də o video ilə reytinq toplamaq da doğru deyil. Mənim qardaşım, bacım, yaxınlarım var. Axı, sən məni niyə biabır edirsən?”

Müğənni bir daha videodakı xanımın özü olmadığını deyib: “Əslində videodakı mən deyiləm. Bunu mənim sənətimə, şəxsiyyətimə xələl gətirmək, məni gözdən salmaq üçün ediblər. Sadəcə həbsxanaya düşdüyümə görə belə edirlər. Halbuki, heç hakim məhkəmədə o pis adı mənə qoya bilməyib. Çünki ortada fakt, sübut yoxdur. Hələ bu günə qədər heç kəs, heç bir yaxınım görməyib ki, Maral xanım bir kişi ilə qol-qola gəzsin, evinə girsin. Əgər elə olsaydım, indi çoxdan başqa yerlərdəydim”.

Müğənni həmin videonun məqsədli şəkildə hansısa jurnalist tərəfindən yayıldığını deyib: “Mən bilirəm ki, o, bir jurnalistdir. Hətta onun nömrəsi mənim telefonuma düşüb. Ola bilsin ki, onun arxasında hansısa qüvvələr dayanıb”.

Müğənni məhkəməyə müraciət etməyəcəyini də qeyd edib: “Bilirsiz, dünya miqyasında ulduzlar o cür videolara çəkilib, çoxlu pul alırlar. Bu isə mənə yaraşmaz. Mən zamanında Kənd Təsərrüfatı Nazirliyinin iqtisadiyyat şöbəsində çalışmışam. Bundan əlavə də müxtəlif sahələrdə işləmişəm, yəni o səviyyədə olan adam deyiləm. Bütün bunlara görə məhkəməyə müraciət etməyəcəm. Çünki yayılan videolarda mənim fikirlərim yazılıb ki, oradakı mən deyiləm”.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz