Məleykə Əsədovaya qarşı şok ittiham: Əlimizdə səs yazısı var

Xəbərin çap versiyası
Tarix: 6-12-2017, 20:30
Məleykə Əsədovaya qarşı şok ittiham:


Xalq artisti Ramiz Məlikin Məleykə Əsədovaya qarşı qaldırdığı qarşılıqlı iddianın dəyəri 300 min manatdır.

SİVİL.AZ
xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Ramiz Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, Ramiz Məlik öz reputasiyası, şərəf və ləyaqətini Məleykə Əsədovanınkından yüksək qiymətləndirib: "Əgər Ramiz Məlik Məleykə Əsədovanın uyğunsuz geyiminə irad bildiribsə, o, mənim müvəkkilimi nəinki təhqir edib, həm də onu nəvələri ilə hədələyib".

"Əsədova müvəkkilimi uşaqları oğurlamaq və onlara qarşı qanunsuz hərəkətlər etməklə təhdid edib. O, öz niyyətlərini Ramiz Məlikin həyat yoldaşı ilə telefonda danışarkən bəyan edib. Bizdə onun təhdidlərini sübut etmək üçün söhbətin audioyazısı var", - deyə vəkil bildirib.

Bununla yanaşı, vəkilin sözlərinə görə, Məleykə Əsədova KİV-ə müsahibəsində Ramiz Məlikin şərəf və ləyaqətini alçaldıb: "Başqası haqqında şərəf və ləyaqətinin alçaldılmasına görə məhkəmədə iddia qaldıran adam öz ifadələrinə fikir verməlidir. O, hər yerdə deyir ki, Ramiz Məlik gəlib onun qarşısında diz çöküb üzr istəməlidir. Bu, nə deməkdir, təhqir deyil?"

T.Süleymanlı daha sonra əlavə edib: "Ramiz Məlik çoxillik təcrübəsi olan hörmətli aktyordur. Bu günlərdə məhkəməyə iddia ərizəsi veriləcək".

Xatırladaq ki, noyabrın 22-də Nəsimi Rayon Məhkəməsində Əsədovanın Məlikə qarşı iddiasına dair ilk məhkəmə iclası keçirilib. Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaqın səbəbi Məleykə Əsədovanın zahiri görkəmi olub.

Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, Xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də, mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Əsədova Məlikdən şərəf və ləyaqətinin təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir. Aktrisa hesab edir ki, həmkarı onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, işgüzar nüfuzuna da xələl gətirib və onu oxucuların qarşısında şantaj edib.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz