Banklararası Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə qarşılıqlı xidmət haqqı tutulmayacaq

Xəbərin çap versiyası
Tarix: 18-12-2017, 13:56
Banklararası Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə qarşılıqlı xidmət haqqı tutulmayacaq


Azərbaycan prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi prioriteti üzrə tədbirləri davam etdirir.

SİVİL.AZ
bildirir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən "APA-Economics"ə verilən məlumata görə, AMB-nin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”), “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların və xidmət mərkəzlərinin birgə fəaliyyəti nəticəsində “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdırılaraq vətəndaşların istifadəsinə təqdim edilib.

Aparılan əməliyyatların effektivliyinin artırılması məqsədilə AMB tərəfindən yaradılmış Banklararası Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə interçeync xidmət haqqı 0 (sıfır) manat həcmində təyin edilməsi banklarla razılaşdırılıb.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz