Prezident İlham Əliyev “Bakutel-2017” sərgisində

Xəbərin çap versiyası
Tarix: 6-12-2017, 12:10
Prezident İlham Əliyev “Bakutel-2017” sərgisində


Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

SİVİL.AZ
bildirir ki, APA-nın məlumatına görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.

Bildirilib ki, builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Sərginin 40 faizi “Bakutel”in daimi eksponatlarından ibarətdir. Builki sərginin iştirakçılarının 30 faizi debütantlardır.

Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış olublar.

“Bakutel-2017” sərgisi ilə tanışlıq zamanı prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz