Əsas Səhifə > İdman / Üst manşet > Dünyanın ən çox maaş alan futbol məşqçiləri -

Dünyanın ən çox maaş alan futbol məşqçiləri -


18-12-2017, 14:40.
title}
Dünyanın ən çox maaş alan futbol məşqçiləri -


Ən yüksək məvacib alan futbol məşqçilərinin adları açıqlanıb.

SİVİL.AZ
Apasport.az-a istinadən xəbər verir ki, siyahıya italiyalı çalışdırıcı Marçello Lippi başçılıq edir.

Çin yığmasına rəhbərlik edən Lippinin illik maaşı 18 milyon funt-sterlinqə bərabərdir.

Siyahıda ikinci pillədə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qərarlaşıb – 15,3 milyon funt-sterlinq. İlk “üçlüy”ü isə “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo tamamlayır. Portuqaliyalı məşqçinin illik məvacibi 15 milyon funt-sterlinqdir.

“Top-15”-də İngiltərə Premyer Liqasında çalışan ümumilikdə 7 məşqçi yer alıb. Qvardiola və Mourinyo ilə yanaşı, Arsen Venger (“Arsenal”), Yurgen Klopp (“Liverpul”), Antonio Konte (“Çelsi”), Maurisio Poçettino (“Tottenhem”) və Rafael Benitesin (“Nyukasl”) də adı həmin siyahıdadır.
Geri qayıt