Əsas Səhifə > İdman / Üst manşet > "Qarabağ"dan Mahir Mədətov açıqlaması:

"Qarabağ"dan Mahir Mədətov açıqlaması:


18-12-2017, 13:15.
title}
"Qarabağ"dan Mahir Mədətov açıqlaması:


"Qarabağ" Mahir Mədətovun "Beşiktaş"dan təklif alması xəbərini təkzib edib.

SİVİL.AZ
Fanat.az-a istinadən xəbər verir ki, bu barədə klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

"Qarabağ" rəsmisi bildirib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: "Klubumuzun oyunçularının transferi barədə "Beşiktaş” klubundan, eləcə də digər klublardan bizə heç bir rəsmi təklif gəlməyib. Şenol Günəşin "Qarabağ” matçını izləmək üçün Bakıya gəlməsi hər hansı futbolçumuzla bağlı deyil. Ola bilər ki, baş məşqçi oyun əsnasında Mahir Mədətovu bəyənib, ancaq bu barədə bir söz deyə bilmərəm”.

Qeyd edk ki, "Futbol+” qəzeti "Beşiktaş”ın Azərbaycan millisinin üzvü, "Qarabağ”ın hücumçusu Mahir Mədətovu almaq istədiyini yazıb. Klubun Mədətov üçün "Qarabağ”a rəsmi təklif göndərdiyi, baş məşqçi Qurban Qurbanovun da bu transferə qarşı olmadığı iddia edilib. Həmçinin "Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin "Qarabağ” - "Çelsi” matçına Mədətovu izləmək üçün gəldiyi qeyd olunub.
Geri qayıt