Əsas Səhifə > İdman / Üst manşet > "Qalatasaray"da baş məşqçi dəyişikliyi

"Qalatasaray"da baş məşqçi dəyişikliyi


18-12-2017, 12:54.
title}
"Qalatasaray"da baş məşqçi dəyişikliyi


Türkiyənin "Qalatasaray" futbol komandasında növbəti baş məşqçi dəyişikliyi gözlənilir.

SİVİL.AZ
-ın APA-ya istinadən verdiyi xəbərə görə, klub rəhbərliyi ölkə Super Liqasının son turunda "Yeni Malatyaspor" qarşısında alınan məğlubiyyətdən sonra bas məşqçi İqor Tudoru vəzifəsindən uzaqlaşdırmağı qərara alıb. Qərar gün ərzində rəsmən açıqlanacaq. İ. Tudora 400 min avro təzminat ödəniləcəyi bildirilir.

Qeyd edək ki, "Qalatasaray" rəqib meydanda oynadığı son 4 matçda məğlub olub. İ. Tudor baş məşqçi təyin olunduğu ötən mövsümün ortalarından bəri "Qalatasaray" heç bir derbi matçda qələbə qazana bilməyib. Hazırda komanda Super Liqada 2-ci yerdədir.
Geri qayıt