Əsas Səhifə > İdman / Üst manşet > “SKA Rostov-Don”da azərbaycanlı baş məşqçi

“SKA Rostov-Don”da azərbaycanlı baş məşqçi


18-12-2017, 12:34.
title}
“SKA Rostov-Don”da azərbaycanlı baş məşqçi


Azərbaycan əsilli Kamil Bayramov “SKA Rostov-Don” futbol komandasının baş məşqçisi təyin olunub.

SİVİL.AZ
Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rostov klubunun rəhbərliyi azarkeşlərlə görüşündə deyib.

Həmin görüşdə baş məşqçinin köməkçisinin də adı məlum oldu. Bu posta isə Aleksandr Tatarkin gətirilib.

Qeyd edək ki, 45 yaşlı Kamil Bayramov əvvəllər vilayət çempionatının ali liqasında çıxış edən “SKA-2 DQTU”-a başçılıq edib. K. Bayramovun “A” kateqoriyalı məşqçi lisenziyası var.

“SKA Rostov-Don” Rusiya Peşəkar Futbol Liqasının Cənub zonasında çıxış edir. Komanda cari mövsümdə keçirdiyi 18 oyunda 27 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Geri qayıt