Dieqo Simeone: “Roma” - “Qarabağ” matçına baxmağın mənası yoxdur

Xəbərin çap versiyası
Tarix: 5-12-2017, 13:20
Dieqo Simeone:


“Hər şey bizdən asılı olmasa da, qalib gəlməyə borcluyuq. Yüksək səviyyədə çıxış edən yaxşı komanda ilə üz-üzə gələcəyik”.

SİVİL.AZ
Report-a istinadən xəbər verir ki, bunu İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin VI turunda İngiltərədə “Çelsi”yə qarşı keçirəcəkləri matçdan öncə söyləyib.

Argentinalı mütəxəssis qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında deyib ki, 1/8 finala yüksəlmələri “Qarabağ”dan asılı olsa da, öz oyunlarına köklənəcəklər: “Çelsi” “Metropolitano”da əla oynadı və 2:1 hesabı ilə qalib gəldi. Qarşıdakı görüşdə öz planımızı reallaşdıracağımıza ümid edirəm. “Roma” – “Qarabağ” matçına baxmağın və ya radiodan qulaq asmağın mənası yoxdur. “Roma” qalib gəlsə, qrupdan çıxmaq münasibəti ilə onları və “Çelsi”ni təbrik edəcəyik”.

Qeyd edək ki, “Atletiko”nun 1/8 finala çıxması həm də “Qarabağ”dan asılıdır. Madridlilər “Çelsi”yə qalib gəlib, Ağdam komandasının İtaliyada “Roma”ya uduzmamasına ümid etməlidirlər.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz