7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 13-11-2017, 12:25
7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu -


Macarıstanın Pecs şəhərində Bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku uğrunda yarışlar keçirilib. Turnirdə iştirak edən həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnirin qızıl medalına layiq görülüb.

SİVİL.AZ
bildirir ki, turnirdə ev sahibliyi edən Macarıstanla yanaşı, 15-dən çox xarici ölkənin, o cümlədən, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Hersoqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və digər dövlətlərin təmsilçiləri iştirak edib.

Mina Abbasova artıq 2 ildir ki, Budapeştdə fəaliyyət göstərən Rus Ritmik Gimnastik Sport Klubunda məşğul olur. Klubun rəhbəri Lyubov Aleksandrovna Bernat və məşqçi İnqa Mackuz Minanın gələcəkdə dünya şöhrətli bir gimnast olacağına əmindirlər. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda öz gözəl çıxışı ilə yaşıdlarından fərqlənən Mina Abbasova Almaniya, Çexiya, Serbiya və Slovakiyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxıb. Bu yarışlarda o, valideynlərinin işi ilə bağlı yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ən böyük arzusu günlərin bir günü qalib olduğu turnirlərdə üç rəngli bayrağımızı dalğalandırmaqdır.

Qeyd edək ki, Mina Abbasova bu il dekabr ayının 9-da Budapeştdə keçiriləcək XIII Beynəlxalq “Mikulas” yarışında, dekabr ayının 16-da isə Lüksemburqda VI dəfə düzənlənəcək “Lüksemburq Kuboku-2017” Beynəlxalq turnirində iştirak edəcək.

7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu -

7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu -

7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu -

7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu -

7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu -

7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu -

7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu -


Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz