Pedro Enrike “Qarabağ”dan gedir? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 11-11-2017, 13:44
Pedro Enrike “Qarabağ”dan gedir? -


“Qarabağ” klubu futbolçu Pedro Enrikenin qışda komandadan ayrılacağına dair xəbərlərə münasibət bildirib.

SİVİL.AZ-ın xəbərinə görə, klubun meneceri Asif Əsgərov Report-a açıqlamasında 27 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilələrinin olduğunu xatırladıb.

O, braziliyalı oyunçunun müqavilə üzrə məxsus olduğu Yunanıstan PAOK-una tezliklə qayıtmasının müzakirə mövzusu olmadığını vurğulayıb:

“Yunanıstan mətbuatında yazılanların hamısı boş söhbətlərdir”.

Enrike İspaniyada “Atletiko” ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında rəqib futbolçunun sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. “Qarabağ” rəsmisi hələlik cəza müddətinə dair UEFA-dan heç bir bildiriş almadıqlarını söyləyib. Bununla belə, cinah oyunçusunun İngiltərənin “Çelsi” komandası ilə noyabrın 22-də keçiriləcək V tur qarşılaşmasını buraxacağı dəqiqdir.

Qeyd edək ki, Yunanıstanın sport24.gr saytı “Qarabağ”ın Pedro Enrike ilə vidalaşmaq istədiyini və bu məqsədlə PAOK-a məktub göndərdiyini yazıb. Səbəb kimi braziliyalı legionerin ağır müqavilə şərtlərinin olduğu göstərilib. Ağdam klubunun avrokuboklarda çıxışını başa vurduqdan sonra ölkədaxili titul əldə etməkdə problem yaşamayacağı da diqqətə çatdırılıb.

Digər tərəfdən, oyunçunun özünün də Azərbaycan Premyer Liqasındakı rəqabətsizliyi bəyənmədiyi və özünün də artıq stimulunu itirdiyi bildirilir. “Sambaçı” ilə Rusiya klublarından birinin maraqlandığı deyilir. Pedro Enrike “Qarabağ”ın heyətində 14 oyuna 3 qol vurub. Qollardan biri Çempionlar Liqasının II turunda Azərbaycan təmsilçisinin İtaliya “Roma”sına 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz