EN

Qəzzada ölənlərin sayı 35 min 709-a çatıb


İsrailin 7 oktyabrdan bəri intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 35 min 709-a yüksəlib.

7NEWS.az xəbər verir ki, İsrailin Qəzza zolağının bombardmanı 229-cu gündür ki, davam edir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saat ərzində dinc əhaliyə qarşı 6 hücum təşkil etdiyi, 62 nəfərin həyatını itirdiyi, 138 nəfərin yaralandığı bildirilib. Hücumların başladığı 7 oktyabrdan bu yana ümumi can itkisinin 35 min 709-a, yaralıların sayının isə 79 min 990-a yüksəldiyi bildirilib.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
152
2
7news.az

10Sources