EN

“Tramp nasist Almaniyasının yolu ilə gedir” - Baydendən AĞIR İTTİHAM

ABŞ Prezidenti Co Bayden Amerikanın keçmiş lideri Donald Trampı nasist Almaniyasının yolu ilə getməkdə ittiham edib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. 

Nəşrin yaydığı məlumata görə, Respublikaçıların seçki qərargahı "birləşmiş Reyx" ifadəsinin yer aldığı video paylaşıb, amma qısa müddət sonra həmin videonu silib. Bayden bu cür təbliğat formasına görə Trampı sərt şəkildə tənqid edib: "Tramp ilk dəfə deyil ki, bu yola gedir. Qarşı tərəfin düşüncəsini ifadə etmək üçün bundan daha aydın təbliğat forması ola bilməzdi. Trampın ikinci dəfə yaratdığı təhlükə birinci dəfə olduğundan daha böyükdür". 

Baydenin fikrincə, Tramp və komandası ABŞ-nin demokratik idarəçiliyinə təhlükə yaradır. Tramp da rəqibini ağır şəkildə tənqid edib. Bir müddət əvvəl o, Baydeni psixi problemlərə görə Ağ Evi idarə etməyə yararsız olmaqda ittiham etmişdi. Tramp hesab edir ki, Bayden demokratiya üçün ciddi təhlükə yaratdığından vəzifəsindən uzaqlaşdırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
2
olaylar.az

3Sources