EN

Nigeriyada məsciddəki partlayışda ölənlərin sayı 17-yə çatıb

Nigeriyanın Kano əyalətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Kano Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Abdullahi Haruna açıqlamasında keçən həftə əyalətin Gezava bölgəsindəki Laraba Abasava kəndində səhər namazı zamanı məscidə atılan molotof kokteyli səbəbindən partlayışın baş verdiyini xatırladıb.

Haruna, partlayışda yaralananlardan 6 nəfərin həyatını itirdiyini, itkilərin sayının 17-yə yüksəldiyini bildirib.

Digər tərəfdən, Prezident Bola Əhməd Tinubu verdiyi yazılı açıqlamada, bu faciəli hərəkəti pisləyib və hüquq-mühafizə orqanlarına günahkarların ciddi şəkildə araşdırılmasını və mühakimə olunmasını təmin etməyi tapşırıb.

Qeyd edək ki, mayın 15-də Kano əyalətinin Laraba Abasava kəndində məscidə molotof kokteyli ilə hücum nəticəsində 11 nəfər həlak olub. Partlayışla bağlı aparılan araşdırmalar zamanı bir nəfər saxlanılıb.

Malik Atilay






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
1
525.az

2Sources