EN

Meksikada 138 meymun istidən ölüb

Meksikanın Tabasko əyalətindəki Usumacinta Biomüxtəlifliyin Qorunması təşkilatının açıqlamasında, bölgədəki həddindən artıq isti havadan meymunların mənfi təsirləndiyi bildirilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada mayın 16-dan bəri Tabaskoda 138 meymunun öldüyü bildirilib.

Xilas edilən meymunlardan bəzilərinin baytar həkimə aparılaraq müalicə olunduğu vurğulanıb.

Həkim Dr. Serxio Valenzuel meymunların istilər səbəbindən susuz qaldığını və vəziyyətlərinin ağır olduğunu bildirib.

Qeyd edək ki, mart ayından bəri Meksikada həddindən artıq istilər səbəbindən 26 nəfər ölüb.

Malik Atilay 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
2
525.az

4Sources