EN

Baş nazir Əli Əsədov Tehrandadır, anım mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB-1

Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş nazir Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək ona Azərbaycan Respublikasının Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verdi.

Bildirildi ki, böyük dövlət xadimi, görkəmli siyasətçi Seyid İbrahim Rəisi bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmətə həsr etmişdir.

Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.

***

13:50

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edib.

APA xəbər verir ki, Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrandadır.

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehranda keçirilən rəsmi anım mərasiminə qatılacaq.

***

09:39

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
49
apa.az

10Sources