EN

Xroniki yorğunluğu necə müalicə etməli?


Əsrin bəlası olan xroniki yorğunluq sindromu artıq xəstəliklər təsnifatına salınmaq üzrədir.


“Medicina” xəbər verir ki, psixoterapevt İrina Kraşkina problemi ört-basdır yox,görüb qəbul etməyi tövsiyə edir:


“Bu sindroma qalib gəlmək üçün xüsusi müalicə proqramına əməl etmək lazımdır: bura terapevtik müalicə, istirahət, qidalanma, fiziki idman, gəzinti, fizioterapiya, vitaminlər, yuxu və psixoloji terapiya daxildir.


Şəxsi həyat, iş və istirahət balanslaşmalıdır. Depressiya varsa, psixoterapiya vacibdir.

Xroniki yorğun insanlar “yox” deməyi bacarmalı, şəxsi sərhədlərini qorumalı, artıq stresdən uzaq durmalı, aşırı yorğunluq gətirən məsuliyyəti üzərinə götürməməlidir. Xəstələrə xoşbəxtlik hormonu stimulə edən dərmanlar, sakitləşdiricilər təyin edilə bilər.Lazım gələrsə, bir müddət tətil götürməlidir”.


Aygün


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
medicina.az

1Sources