EN

Nazir onu idarə rəisi təyin etdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, nazirliyindən verilən məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, 43 yaşlı Vasif Zahid oğlu Qurbanzadə tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Ümumilikdə 7 kitab müəllifi olan V.Qurbanzadənin “2914 – Biz sülh istəyirdik” kitabı 44 günlük Vətən müharibəsi zamanı müəllifin ön cəbhədə şahid olduğu və siyasi arenada baş verən hadisələrdən bəhs edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
8
nocomment.az

10Sources