EN

MƏNTİQSİZ ALİ TƏHSİL, QEYRİ-QANUNİ İMTAHAN: EMİN ƏMRULLAYEVƏ VƏ MƏLEYKƏ ABBASZADƏYƏ SƏSLƏNİRƏM

Naxçıvan Muxtar Respublikasında nəşr olunan rəsmi qəzetdə- "Şərq qapısı"nın səhifələrində yer almış bir məqalədə yer alan məlumatlar, nə gizlədim, təəccübümə səbəb oldu. Doğrusu, həmin məlumatın səhihliyinə inanmadım, inanmaq istəmədim. Ona görə də informasiyanı özüm yoxlamaq qərarına gəldim. Yeni məzun olan bir neçə doğmamın diplomuna şəxsən özüm baxdım. Məlumat düz imiş! Ölkənin ali məktəblərində "Məntiq" fənni tədris olunmurmuş!!!

Ali məktəbin ən ümdə vəzifəsi tələbələri elmi dünyagörüşə sahib etməkdir. Elmi dünyagörüşü olmayan kimsə “ali təhsilli kadr” sayıla bilməz. Məntiq isə elmi dünyagörüşün fundamentidir. Məntiqsiz elm yoxdur və ola da bilməz.

Bu fənni ali məktəb proqramından kim və hansı ağıla çıxardıb? Əməkdaşlarımıza göstəriş verdim, araşdıracaq, material hazırlayacaqlar. Çünki bu non-sensdir, hər il dövlət büdcəsindən külli miqdarda vəsait alan ali təhsil müəssisələrinin elm öyrətməməsi, ali təhsilli kadr hazırlamaması deməkdir.

Məsələ bununla da bitmir.

Dövlət İmtahan Mərkəzi dövlət qulluqçusu olmaq istəyən məzunlar üçün təşkil etdiyi imtahanlarda “Məntiq”dən suallar salır. Üstəlik, ali məktəblərdə əksər fakültələrdə “Hüququn əsasları” fənni tədris olunmadığı halda, qanunvericiliklə bağlı suallar salır. Qanunvericilik və məntiqdən sualların cəmi 70-dir. Dövlət qulluğu imtahanlarında iddiaçılara təqdim olunan 100 sualdan 40-ı qanunvericilik, 30-u isə məntiqdəndir. Başqa sözlə, DİM-in imtahan suallarının 70%-i ali məktəbdə tədris olunmayan (ixtisaslı fakültələri çıxsaq) fənnləri əhatə edir.

Nəyə görə Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi özlərinə və bir-birlərinə sual etmirlər ki, hüquq keçməyən ali məktəb məzunları qanunları, məntiq keçməyənlər məntiqi harada və necə öyrənməlidirlər?

Kurslarda, repetitor yanında?

Məgər təhsil siyasətimizin hədəfi repetitorların cibini doldurmaq, imtahanların məqsədi gənclərimizi məhv etməkdir?

Belə təhsil, belə imtahan olar?

Odur ki, növbəti məsələyə keçməzdən öncə həmən 2 təkliflərlə çıxış edirəm:

1) Yeni tədris ilindən bütün ali məktəblərdə bütün ixtisaslar üzrə "Hüququn əsasları" və "Məntiq" fənni tədris olunsun;

2) DİM növbəti dövlət qulluğu imtahanlarında məntiq və qanunvericilklə bağlı sualları ləğv etsin.

Əgər orta və ali məktəblərdə bu fənn keçirilmirsə, DİM hansı haqla, hansı tədris olunmuş proqrama əsasən dövlət qulluğuna iddiaçıları bu fənllər üzrə imtahandan keçirir?

Elm və Təhsil Nazirimiz Emin Əmrullayevdən, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadədən təkidlə bu məsələlərə dərhal reaksiya vermələrini xahiş edirəm.

Sən demə mən neçə vaxtdır, fil qulağında yatmışam, onlar yatmasınlar.

“Fil qulağında yatmışam” deyirəm ona görə ki, yalnızca bu gün xəbər tutmuşam ki, müəllim kimi işə qəbul olunmaq istəyən məzunlar MİQ imtahanından keçmək üçün repetitor yanına gedirmişlər.

Hər işdə bir məntiq olmalı.

Bu işin məntiqinə bir baxaq.

Müəllim o adamdır ki, orta məktəbdə şagirdlərə müəyyən bir fənndən dərs deyir.

Fərz edək ki, şərti adı “Bahar” olan şəxs coğrafiya müəlliməsi olmaq istəyir. Bunun üçün o, orta məktəbdən məzun olub və test imtahanı ilə ADPU-ya qəbul olunub. Orada 4 il bakalavr təhsili alıb, hər semestr imtahan verib və yekunda diploma layiq görülüb.

Bahar orta məktəbdə coğrafiya fənnindən dərs dəmək üçün orta məktəb proqramı səviyyəsində həmin fənni və pedoqoji fəaliyyətin əsaslarını bilməlidir, deyilmi?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
2
aznews.az

2Sources