EN

Aqrar sığorta eksperti imtahanı üçün qeydiyyat başlayıb

Azərbaycanda aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına qeydiyyatı başlayıb.

FED.az xəbər verir ki, bu imtahanda Aqrar Sığorta Fondunun keçirdiyi bitkiçilik və heyvandarlıq təlimlərini müvəffəqiyyətlə başa vurmuş şəxslər iştirak edə bilərlər.

İmtahana qeydiyyat 14 may saat 12:00-dan 8 iyun saat 10:00-dək davam edəcək. İmtahan 23 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Binəqədi  rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda keçiriləcəkdir.

Namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

İmtahanda iştirak ödənişlidir. Namizədlər  “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
167
6
fed.az

8Sources