EN

Doktoranturada oxuyanların xarici dillər üzrə imtahanına qeydiyyat elan edildi

Bakı. Trend:

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturadaoxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilərüçün Azərbaycan dili imtahanına qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən xəbərə görə, imtahandaiştirak etmək üçün qeydiyyat 2024-cü il mayın 20-dən 27-dəkelektron qaydada aparılacaq.

Həm doktoranturaya qəbul olmaq istəyən namizədlər, həm dədoktoranturada oxuyan iddiaçılar üçün xarici dillər üzrə imtahan2024-cü il iyunun 9-da keçiriləcək. Doktorantura və dissertanturaüzrə əcnəbilər üçün Azərbaycan dili imtahanı isə 10 iyun tarixindəkeçiriləcək. Danışıq bloku üzrə imtahanın 11-14 iyun tarixlərindəkeçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturalarınyaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklikedilməsi barədə 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarınauyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2024-cü il mayın 20-dən 27-dək2024/2025-ci tədris ili üçün doktoranturaya və dissertanturayaxarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərinqeydiyyatını elan edir. Mərkəz eyni zamanda, qeyd olunan tarixlərdəAzərbaycan Respublikasının Prezidenti yanında Ali AttestasiyaKomissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarıilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilməQaydası”na uyğun olaraq, doktorantura, dissertantura vəadyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılarınxarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarındaiştirak etmələri üçün qeydiyyat elan edir.

Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaqüçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalaryaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə vətəşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər və AzərbaycanRespublikasının ali təhsil müəssisələrində, elmi müəssisə vətəşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbitəhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilinibitirmiş iddiaçılar Mərkəzin internet saytında (http://ekabinet.dim.gov.az ) “Şəxsi kabinet”yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayanşəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanındaiştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizəd və iddiaçılar “Şəxsikabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahandaiştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pulvəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla)əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatınamalik namizədlər xarici dil imtahanından azad olunur və ərizənintəsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlərərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabındantələb olunan məbləğ (110 manat) silinir.

Nəzərinizə çatdırırıq ki, Mərkəzin doktorantura səviyyəsindəxarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistraturaixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrədilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyatmüəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə)bitirən namizədlərin xarici dil seçiminə məhdudiyyət qoyulmur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyultarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalarınyaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-cu bəndininəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistraturaixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbulimtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və yaixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edəbilərlər.

Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksəksəviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL,Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG)malik olanlar sertifikatın hər iki üzünün surətini “JPG” faylda(hər faylın ölçüsü 300 kb-dan çox olmamaqla) qeydiyyat səhifəsindəyükləməlidirlər. Beynəlxalq dil sertifikatının imtahannəticələrinin keçid balına ekvivalentliyi AMEA və Elm və TəhsilNazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olmasıyoxlanıldıqdan sonra namizədlərə məlumat verilir, sonra isə namizədöz ərizəsini təsdiq edir və xarici dil üzrə qəbul imtahanından azadolunurlar.

Məlumat üçün bildiririk ki, Mərkəz tərəfindən doktorantura vədissertantura səviyyəsində keçirilən xarici dil imtahanının məzmunuKembric Universiteti Nəşriyyat və Qiymətləndirmə Sindikatının,həmçinin ölkəmizin aparıcı ali təhsil müəssisələrininmütəxəssisləri tərəfindən nəzərdən keçirilmiş, onların rəy vətövsiyələrinə əsasən CEFR-ın müvafiq səviyyəsinəuyğunlaşdırılmışdır. Həm doktoranturaya qəbul imtahanında, həm dədoktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçünxarici dillər üzrə fəlsəfə doktoru imtahanında əvvəlki illərdəolduğu kimi, dinləyib-anlama bloku üzrə iki dinləmə mətni (monoloqvə dialoq) və mətnlərin hər birinə aid 5 qapalı tipli testtapşırığı olmaqla, ümumilikdə 10 test tapşırığı təqdim olunacaq.Oxuyub-anlama və dil qaydaları blokunda qrammatik və leksik biliyiyoxlamaq məqsədilə bir kiçikhəcmli mətn üzrə 10 qapalı tipli testtapşırığı, bir oxu mətni üzrə 5 qapalı, digər oxu mətni üzrə isə 5seçim tipli test tapşırığı, həmçinin yazı blokunda həm vizualməlumatın təsviri, həm də esse tipli yazı tapşırıqlarından istifadəolunacaq. Namizəd və iddiaçıların danışıq bloku üzrəqiymətləndirilməsi isə əvvəlki qaydada kompüter proqramı vasitəsiləhəyata keçiriləcəkdir.

Müvafiq proqramlarla keçidlərdə (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz. Proqram üzrəyoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan dil və nitqbacarıqları və imtahanın yeni strukturu (tapşırıq nümunələri,qiymətləndirmə meyarları) haqqında aşağıdakı linkə daxil olaraqhttps://dim.gov.az/upload/iblock/0b9/0b91adc57997386b70babf3b4e04177f.pdfməlumat ala bilərsiniz.

Xarici dildən imtahanda keçid balını (minimal 25 bal) toplayanvə ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən namizədlər növbətimərhələyə – fəlsəfə imtahanına buraxılırlar. Xarici dil üzrəimtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlarfəlsəfə üzrə imtahana buraxılmırlar.

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanlarınverildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş ilmüddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi vəvətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfədoktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoruimtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan diliimtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara AliAttestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahandaonların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktorudissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlısayılan şəhadətnamə verilir.

İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayaniddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanınınnəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnaməverilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
12
az.trend.az

10Sources