EN

Blinken yalan danışır: taktiki əməliyyatlara baxın - Polkovnik

Baxın, iki şeydən biri: ya yalançıdır, ya da qeyri-adekvatdır və dövlət katibi vəzifəsini yerinə yetirməkdə acizdir.

Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis Dövlət katibi Entoni Blinkenin Qərbin Ukrayna ilə birgə Rusiyaya qalib gələcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.

Polkovnik-leytenant Blinkenin sözlərini cəfəngiyyat adlandırıb. O qeyd edib ki, Rusiya güclənir, Qərb ölkələrinin dəstəyi isə yorğunluq fonunda zəifləyir:

"Sizə lazım olan tək şey gündəlik taktiki əməliyyatlara baxmaqdır, sonra siz həmçinin döyüş gücünün əsasları haqqında danışdıqlarımıza da baxa bilərsiniz və hər şey Rusiyanın xeyrinədir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
107
4
axar.az

5Sources