EN

Ukrayna hakimiyyəti səfərbərliyi niyə gücləndirir? – Səbəblər…

“Ukrayna hakimiyyəti ölkə sakinlərinin əhval-ruhiyyəsinin aşağı düşməsi səbəbindən səfərbərliyi uzatmağa məcburdur”.

Turkustan.az xəbər verir ki, bu barədə Fransanın “El Pais” nəşri məlumat dərc edib.

“Ukrayna silah-sursat baxımından əziyyət çəkir. Bu sıraya hərbi personal çatışmazlığını da əlavə etmək olar. Bu, əhalinin yorğunluğunun və mənəvi baxımdan zəifləməsinin nəticəsidir. Buna görə də hökumət səfərbərliyi gücləndirməyə məcburdur”, – məlumatda deyilir.

Nəşr yazır ki, Kiyevin cəbhə xəttinə göndərdiyi əlavə qüvvələr Xarkov vilayətində vəziyyəti müvəqqəti sabitləşdirməyə imkan verib. Bununla belə həmin qüvvələrin yavaş-yavaş məhv ediləcəyi istisna deyil.

“Yeni hücumlar prezident Volodimir Zelenskini İspaniya və Portuqaliyaya planlaşdırılan səfərlərini dayandırmağa və təcili Xarkov vilayətinə getməyə məcbur etdi. Çünki Zelenski ordusunun üzləşdiyi böyük çətinlikləri dərk edir”, – məqalədə deyilir.

Qeyd olunur ki, Ukrayna hərbçiləri iki ildən artıqdır ki, məzuniyyət olmadan döyüşür. Bu vəziyyət onları qəzəbləndirir. Ukrayna hakimiyyəti döyüşçülərin mənəvi-psixoloji vəziyyəti ilə bağlı çətinlikləri etiraf edir. /globalinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
turkustan.az

1Sources