EN

“Aşağı orbitdəkilər məhv ola bilər”

ABŞ iddia edib ki, Rusiya Ukrayna müharibəsindən əvvəl nüvə başlığı daşıya bilən peyk əleyhinə silahı sınaqdan keçirmək üçün kosmosa peyk buraxıb.

Kimliklərinin açıqlanmamasını istəməyən ABŞ rəsmiləri, ölkənin aparıcı qəzetlərindən biri olan “Wall Street Journal”a (WSJ) “Kosmos-2553” adlı peykin 5 fevral 2022-ci ildə (Ukrayna müharibəsi həmin il fevralın 24-də başlayıb) orbitə göndərildiyini iddia ediblər.

Amerika rəsmiləri “Kosmos-2553”ün nüvə silahı daşımadığını bildiriblər. Bununla belə, peykin Rusiyanın nüvə peyk əleyhinə silah proqramının bir hissəsi olduğu iddia edilir. Rusiya rəsmiləri iddiaları təkzib edərək “Kosmos-2553”ün tədqiqat peyki olduğunu iddia ediblər.

Rəsmilərin fikrincə, bu silah istifadə olunarsa, aşağı yer orbitində olan yüzlərlə peyk nüvə partlayışı nəticəsində məhv ola bilər. Bu orbit Yer ətrafında 160-2000 kilometr yüksəkliyə uyğundur.

Məhvolma təhlükəsiilə üz-üzə qalan peyklər arasında texnoloji milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən orbitə göndərilən qurğular da var. “SpaceX”in iddialarla bağlı qəzetin şərhinə cavab verməyib.

Qəzet bu orbitdə fəaliyyət göstərən ən çox peykin ABŞ-a aid olduğunu qeyd edib. Kosmik məlumat firması “LeoLabs”ın açıqlamasınada qeyd olunur ki, aprel ayına olan məlumata görə, regionda təxminən 6700 ABŞ peyki var. Bunlardan bəziləri Pentaqon tərəfindən də istifadə olunur. Rusiyaya məxsus peyklərin sayı isə 149-dur.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin direktoru Mayk Turner fevral ayında verdiyi bəyanatda Rusiyanın proqramını “ciddi milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirib. Ağ Ev də Kremlin həyata keçirdiyi fəaliyyətlərin həyəcan verici olduğunu bildirib.

Digər tərəfdən Putin, həmin ayda etdiyi açıqlamada, iddiaların əsassız olduğunu bildirərək, “Biz hər zaman kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı olmuşuq” deyib.

Qəzet ABŞ Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Şurasının peyklə bağlı şərh tələblərini rədd etdiyini yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
146
vaxt.az

1Sources