EN

Zelenski: Biz gülünc vəziyyətdəyik...

“Biz gülünc vəziyyətdəyik ki, Qərb Rusiyanın müharibəni uduzacağından qorxur. O, Ukraynanın uduzmasını istəmir”.

SeherXeber.org xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski AFP-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər kəs müharibənin tez başa çatması üçün bir növ model tapmaq istəyir.

Ukrayna Prezidenti həmçinin Çini və inkişaf etməkdə olan dünya ölkələrini gələn ay Rusiyanın dəvət olunmadığı neytral İsveçrədə onlarla liderin iştirakı ilə keçiriləcək sülh sammitində iştirak etməyə çağırıb.

Onun sözlərinə görə, Çin kimi qlobal oyunçuların Rusiyaya təsiri var.

“Bizim tərəfimizdə nə qədər çox belə ölkələr olsa, deyərdim ki, Rusiya bir o qədər çox hərəkətə keçməyə və onlarla hesablaşmağa məcbur olacaq”, - o əlavə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
124
38
seherxeber.org

10Sources