EN

Şəkər xəstəliyindən kişilər daha çox əziyyət çəkirlər

Şəkər

Bakı, 17 may, AZƏRTAC

Tədqiqatçılar müəyyənləşdiriblər ki, kişilər qadınlarla müqayisədə şəkər xəstəliyindən daha çox əziyyət çəkirlər.

AZƏRTAC xəbər verir ki, bununla bağlı “Journal of Epidemiology & Community Health” nəşrində hesabat dərc olunub. Tədqiqatçılar şəkərli diabetdən əziyyət çəkən kişilərdə ürək xəstəlikləri, göz pozğunluqları, böyrək problemləri və oynaq ağırlaşmalarının daha yüksək olduğunu müəyyən ediblər.

Araşdırma zamanı alimlər Avstraliyanın Yeni Cənubi Uels əyalətində yaşayan 45 yaşdan yuxarı 267 mindən çox insanın sağlamlıq sorğusunun məlumatlarını təhlil ediblər. Ümumilikdə, diabetli kişilərdə ürək xəstəliyinə tutulma ehtimalının qadınlara nisbətən 51 faiz, oynaq ağırlaşmalarının 47 faiz, böyrək problemlərinə isə 55 faiz çox olduğu müəyyənləşib.

Araşdırma göstərib ki, buna əsas səbəb kişilərdə artıq çəki və siqaret çəkmək kimi risk faktorlarının daha çox olmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
138
1
azertag.az

2Sources