EN

Tələbənin qətli ilə bağlı yeni xəbər

 

Xəbər verdiyimiz kimi, 2 aydır itkin kimi axtarışda olan 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.

Azərforum Trend-ə istinadən xəbər verir ki, onun cəsədi Lənkəran şəhərində evlərdən birinin zirzəmisindən tapılıb.

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Trend-in əldə etdiyi məlumata görə, Könül Ağayevanın cəsədi tapılan ev iki nəfər tələbəyə kirayə verilib. Könül Ağayevada həmin evdə onlarla bir yerdə yaşayıb. Könül Ağayevanı öldürməkdə şübhəli bilinən Elvin İsmayılzadə onu evdəki pilləkənin altında basdırıb.

Məlumata görə, həmin evdə daha əvvəldə baxış keçirilsə də, Könül Ağayevanın cəsədi tapılmayıb.

K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub. 22 yaşlı qız işləmək məqsədilə Lənkərana gəlib, bu ilin martın 2-dən isə itkin düşüb.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialından bildirilib ki, K.Ağayeva fevral ayından etibarən dərslərdə iştirak etməyib və bu barədə ailəsinə də məlumat verilib.

K.Ağayeva mayın 14-də doğulduğu Cəlilabad rayonu, Muğan qəsəbəsində dəfn olunub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1582
4
baku.ws

5Sources