EN

HƏMAS bunu etsə, sabah atəşkəs olar - Bayden 

Qəzza zolağında atəşkəs Fələstinin HƏMAS hərəkatı saxladığı girovları azad etdikdən sonra başlayacaq. 

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Vaşinqton ştatında özünün seçkiqabağı kampaniyası üçün vəsait toplama tədbirində deyib. 

"HƏMAS girovları azad etsə, sabah Qəzzada atəşkəs olacaq", - Ağ Evin mətbuat xidməti dövlət başçısının sözlərindən sitat gətirib. 

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
250
50
yenisabah.az

10Sources