Bakı, TurkicWorld:
Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul Çinə rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian məlumat verib.
Məlumata əsasən, Ço Tae-yul mayın 13-14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və xarici işlər naziri Vanq Yinin dəvəti ilə Çinə səfər edəcək.