Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi (UNRWA) Rəfahda təxminən 110 min insanın didərgin düşdüyünü açıqlayıb.
7NEWS.az xəbər verir ki, UNRWA-nın bu gün verdiyi bəyanatda deyilir: "İsrail qüvvələrinin Rəfahda bombardmanları gücləndikcə, məcburi köçkünlər davam edir. UNRWA-nın hesablamalarına görə, təxminən 110,000 nəfər təhlükəsizlik axtarışında Rafahı tərk edib. Amma Qəzza zolağında heç bir yer təhlükəsiz deyil və yaşayış şəraiti dəhşətlidir.
7NEWS.az