EN

“Barselona” Rafinyaya 80 milyon qiymət qoydu

"Barselona" yayda Rafinyanı satmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı vinger üçün 80 milyon avro tələb edir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubları 27 yaşlı futbolçu üçün tələb olunan məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
40
bizim.media

10Sources