EN

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib - FOTO

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz biznes forumun açılışında iştirak ediblər.

Əli Əsədov və Cevdet Yılmaz açılış mərasimində çıxış ediblər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.
Biznes forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.




Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
18
bizim.media

10Sources