EN

“WhatsApp”a  yeni funksiya əlavə edilir

“WhatsApp” messencerində tətbiqdə foto və video çəkməklə bağlı yeni funksiya olacaq.

 

Oxu24.com xəbər  verir   ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

 

Məlumatda  deyilir ki, foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər. Bunun üçün onlar kamera ikonasının yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Bildirilir ki, yeni funksiya proqram vasitəsilə foto və video çəkiliş prosesini daha rahat edəcək.

 

Portalda xəbər verildiyi kimi, yenilik “WhatsApp” messencerinin “iOS” əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur.

 

Daha əvvəl WhatsApp-da bir yeniliyin mövcud olacağı bildirilmişdi. Messencerin qalereyadakı fotolar əsasında və süni intellektdən istifadə edərək öz stikerlərinizi yaratmağa imkan verən funksiyalar üçün müxtəlif simvolları olacaq.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
oxu24.com

1Sources