EN

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

Bakı Sağlamlıq Mərkəzindən maddi ziyan tələb edilir. 

Valyuta.az xəbər verir ki, Məmmədov Qiyas Fəyyaz oğlu adlə vətəndaş bu tələblə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. 

Onun iddiasına hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq. 

Bir müddət əvvəl Camal Şabanov adlı vətəndaş Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan Hüseyn adlı şəxsin anju əməliyyatı etdiyini bildirmişdi.
 
O, özünün də həmin şəxs tərəfindən əməliyyat olunduğunu iddia etmişdi: “Cavan oğlan idi. Ondan soruşdum ki, bəs Ruslan həkim hanı, siz kimsiniz? O isə adının Hüseyn olduğunu və burada çalışdığını bildirdi. Həmçinin məlum oldu ki, adamın tibbi təhsili yoxdur. Özü də bunu gizlətmir”.

Bakı Sağlamlıq Mərkəzi isə açıqlama yayaraq vətəndaşın iddialarının əsassız olduğunu bildirmişdi. 

Hüseyn
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
valyuta.az

1Sources