...Sankt-Peterburq polisi Moskvada “Porsche” ilə Troitskikörpüsündə gecə qəzası törədən Hardcore Liqasının keçmiş döyüşçüsü 25 yaşlı İbrahim İslamovu saxlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qəza aprelin 25-i saat 01:50 radələrində baş verib.
Müəyyən edilib ki, “Porsche” sürücüsü qarşıdan gələn zolaqla hərəkət edərək Troitskikörpüsündə qəza törədib və sonraavtomobili tərk edərək hadisə yerindən qaçıb.
Qəzailə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 267.1-ci (nəqliyyat vasitələrinin təhlükəsiz istismarını təhdid edən hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, qəzada şübhəli bilinən şəxs mayın 8-i çərşənbə günü səhər saatlarında Lyublinskaya küçəsindəki mənzildə yaxalanıb.
Polis saxlanılan idmançının yaxın vaxtlarda Sankt-Peterburqa aparılacağını qeyd edib.
Qeyd edək ki, İbrahim İslamov Hardcor league tədbirlərində iştirak edərkən məşhurlaşıb. O, həmçinin MMA, boks və yumruq döyüşləri qaydalarına uyğun çıxış edib.
Nazlı