EN

Alman siyasətçiləri ard-arda hücumlara məruz qalır -FOTO

Son zamanlar Alman siyasətçilərə hücumların sayı artıb.

“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, Berlin senatoru və keçmiş meri Fransiska Qifay bu gün kitabxanada hücuma məruz qalıb. Qifay naməlum şəxsin onu arxadan ağır əşya ilə vurması nəticəsində yaralanıb.

Polisin verdiyi açıqlamada bildirilib ki, Sosial Demokrat Partiyasının (SPD) üzvü Qifayın başından və boynundan bərk əşya olan çanta ilə vuruub.

O qısa müddətliyinə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu, son günlər ərzində beşinci hücumdur. Drezden polisi hücumlarla bağlı Hitler salamı verən bir qrupdan şübhələnir.

Avropa solçuları yaşananları "Daha ədalətli Avropa üçün mübarizəyə davam edəcəyik və ifrat sağçılara qarşı demokratiyanı qoruyacağıq" şəkilində şərh edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
ikisahil.az

1Sources