EN

İndiki halda Paşinyanın yenidən kursunun dəyişməsi... – Politoloq

Rusiya və Ermənistan arasında rəsmi dövlət səviyyəsində görüş olarsa, bu münasibətlərdə mühüm dönüşün yaranması deməkdir. Amma indiki halda belə bir rəsmi görüş olmayacaq.

Bu fikirləri Herbiand.az-a politoloq Sultan Zahidov bildirib. Onun sözlərinə görə, Paşinyan Putinlə bütün bağları kəsəcək də deyil:

“Belə bir şey baş verərsə, bu Ermənistanın sonunu gətirər. Biz bu gün Ermənistanda geniş etiraz aksiyalarının şahidi oluruq. Radikal müxalifətin, kilsənin, arxa planda da Rusiyanın dəstəyilə Ermənistanda keşişlərin başçılığı ilə Paşinyana qarşı yürüşlər həyata keçirilir. Düşünürəm ki, belə olan halda Paşinyan başının üzəridəki Damokl qılıncından gələn təhdidi başa düşür. Və bu təhdidin arxasındakı gücün də Rusiya olduğunu anlamaqdadır. Belə olduğu halda Rusiya ilə münasibətlərin tam şəkildə qırılması Paşinyan siyasi stablismenti üçün faciəvi sonluqlar gətirə bilər”.

Politoloq Paşinyanın artıq birmənalı şəkildə Qərb kursunu götürdüyünü qeyd etdi:

“Paşinyan bu kursdan hələ ki dönmək niyyətində deyil. Təhlükəsizliyini də, iqtisadiyyatını da hələ ki, Qərblə bağlamaq istəyir. Və indiki halda Paşinyanın yenidən kursunun dəyişməsi artıq onun səsverənlərinin gözündə də Paşinyanın legitimliyini azalda bilər”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
herbiand.az

1Sources